00:00:00
Yazar
Ayşən Səlimova
03.04.2026 21:08 25 2 dəq oxuma
İqtisadiyyat

BP Azərbaycan üzərindən yeni enerji dəhlizinin yaradılmasını təklif edib

BP Azərbaycan üzərindən yeni enerji dəhlizinin yaradılmasını təklif edib

Britaniyanın "British Petroleum" (BP) neft-qaz korporasiyası Qazaxıstan və Türkmənistandan qazın Azərbaycan ərazisi ilə Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə ixracı üçün nəzərdə tutulan yeni enerji marşrutunun yaradılmasında iştirak etməyə hazırdır.

 

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlama verib. O bildirib ki, bu layihə reallaşarsa, Azərbaycan üçün həm geosiyasi, həm də iqtisadi baxımdan yüksək qazanc vəd edir:

 

 

"Azərbaycanın bu tranzit yolu, yəni BP-nin təklifi, əlbəttə ki, ölkənin mövqeyini gücləndirir. Bu layihə reallaşarsa, Azərbaycan üçün həm geosiyasi, həm də iqtisadi baxımdan yüksək qazanc vəd edir. Avropa üçün isə əsas üstünlük enerji təhlükəsizliyinin möhkəmlənməsi, əlavə enerji və mənbə diversifikasiyasıdır. Hazırda Cənub Qaz Dəhlizi ölkə üçün strateji əhəmiyyət daşıyır və bu layihə reallaşarsa, həmin əhəmiyyət daha da artar. Tranzit həcmləri genişlənər, mövcud infrastrukturdan istifadə səviyyəsi yüksələr və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə verər. Bu da öz növbəsində ölkənin geosiyasi çəkisinin artmasına səbəb olar".

 

Müsahib vurğulayıb ki, digər tərəfdən, Qazaxıstan və Türkmənistan qazının Xəzər dənizi üzərindən bu dəhlizə qoşulması marşrutun diversifikasiyasını gücləndirər:

 

"Türkmənistan qazının əsasən Rusiya üzərindən daşınması fonunda bu yeni istiqamət həm strateji, həm də geosiyasi baxımdan yeni imkanlar yaradır. Bununla belə, qiymətlərin dəyişməsi və beynəlxalq bazara təsir kimi məsələlər də gündəmə gələ bilər. Diversifikasiya rəqabəti artırdığı üçün bu, qaz qiymətlərinə müəyyən mənfi təsir göstərə bilər. Yəni iqtisadi faydalarla yanaşı, müəyyən risklər də mövcuddur. Buna baxmayaraq, Azərbaycan tranzit xidmətləri hesabına əlavə gəlir əldə edəcək. Bu istiqamətdə yeni investisiyaların cəlb olunması da vacibdir ki, bu da ölkədə məşğulluğun artmasına və iqtisadi aktivliyin genişlənməsinə müsbət təsir göstərə bilər. Bundan əlavə, Azərbaycanın Qazaxıstan və Türkmənistanla əməkdaşlığı daha da dərinləşər və regionda yeni, faydalı əməkdaşlıq imkanları formalaşar".

 

Səmayə Səftərova

#enerji #yaradılmasını #baki #dəhlizinin #təklif
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər