00:00:00
Yazar
Admin User
22.09.2025 10:23 144 1 dəq oxuma
Mədəniyyət

Brayzadan Zəngəzurla bağlı açıqlama

Brayzadan Zəngəzurla bağlı açıqlama

Zəngəzur dəhlizi Azərbaycana böyük investisiyalar gətirə bilər.

 

"İnformator.az" "APA"ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Beynəlxalq İnvestisiya Forumunda deyib.


Azərbaycanın Türkiyə, Gürcüstan və Avropa ilə qarşılıqlı əlaqələrindən istifadə edərək öz müstəqilliyini gücləndirdiyini vurğulayan Brayza qeyd edib ki, Azərbaycan cazibədar bir investisiya mühiti yaradıb:

 

“O vaxt Heydər Əliyev Azərbaycan neft-qazını dünyaya açıq elan etdi və dedi ki, biz xarici investorları cəlb etməliyik. O zaman ABŞ-nin burada iqtisadi yox, geosiyasi maraqları var idi”.

 

O, “Qarabağ münaqişəsinin uzun illər həmişə investorların başı üzərində bir təhlükə” olduğunu diqqətə çatdırıb.


Metyu Brayza Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasınını zəruriliyini də vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər