00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
20.11.2026 21:47 30 2 dəq oxuma
Maraqlı

"Bred Pitt “Kliff But” obrazı ilə yenidən ekranlara qayıdır: Yeni film tənqidçilərdən üç ulduz alıb"

"Bred Pitt “Kliff But” obrazı ilə yenidən ekranlara qayıdır: Yeni film tənqidçilərdən üç ulduz alıb"

 

Hollivud ulduzu Bred Pitt “The Further Mis-Adventures of Cliff Booth” filmi ilə tamaşaçıların qarşısına qayıdır. Aktyor 2019-cu ildə ekranlara çıxan “Once Upon a Time in Hollywood” filmində canlandırdığı və ona “Oskar” mükafatı qazandıran Kliff But obrazını yenidən oynayıb.


BBC-nin film haqqında yayımladığı rəydə yeni ekran işi 1970-ci illərin Hollivud həyatını, cinayət dünyasını və kişi qəhrəmanlığını ön plana çıxaran bir film kimi təqdim olunub.Filmin hadisələri 1977-ci ildə Los-Ancelesdə cərəyan edir. Artıq kaskadyor kimi fəaliyyət göstərməyən Kliff But kino sahəsində müxtəlif işlərlə məşğul olur. O, eyni zamanda, kino sənayesində çalışan şəxslərin problemlərini həll etməyə və onları cinayətkarların təhdidlərindən qorumağa çalışır.

Hadisələrin gedişində Kliff televiziya ulduzu Çarli Piters və onun agenti Karen Krosbi ilə tanış olur. Bu tanışlıq onu yeni problemlərlə üz-üzə qoyur. Filmdə Elizabet Debiki və Skott Kaan da rol alıblar.

 

Quentin Tarantinonun ssenarisini yazdığı, Devid Finçerin rejissorluq etdiyi ekran əsərində yumor, kriminal hadisələr və zorakılıq səhnələri birləşir. Tənqidçilər Bred Pittin obrazı yenidən uğurla canlandırdığını qeyd etsələr də, filmin süjetinin zəif və hadisələrin inkişafının ləng olduğunu bildiriblər.BBC-nin kino tənqidçisi Nikolas Barber filmi üç ulduzla qiymətləndirib. Onun fikrincə, ekran əsəri maraqlı səhnələrə və güclü aktyor oyununa baxmayaraq, dərin məzmun və yenilik baxımından gözləntiləri tam doğrultmur.

Filmin ABŞ və Böyük Britaniya kinoteatrlarında noyabrın 25-də, Netflix platformasında isə dekabrın 23-də yayımlanması nəzərdə tutulur. 

BBC Xəbər

Ayan Məmmədova 
 

#ekranlara #yeni #alıb" #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər