00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
20.11.2026 23:07 31 1 dəq oxuma
Maraqlı

Cənubi Koreyada universitetə qəbul imtahanında köçürməyə qarşı sərt tədbirlər görülür

Cənubi Koreyada universitetə qəbul imtahanında köçürməyə qarşı sərt tədbirlər görülür


Cənubi Koreyada 500 mindən çox şagird universitetə qəbul imtahanında iştirak edir. Bu imtahan onların gələcək təhsilini, karyerasını və həyatını müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır.

 

Hökumət imtahan zamanı köçürmənin qarşısını almaq üçün yeni və sərt qaydalar tətbiq edir. Buna səbəb milli vergi mühasibi imtahanında yüksək nəticə göstərən şəxsin gizli kamera, smartfon və süni intellektdən istifadə edərək düzgün cavabları əldə etdiyini etiraf etməsi olub.Bununla əlaqədar olaraq, 1300 imtahan mərkəzində xüsusi təlim keçmiş nəzarətçilər imtahan başlamazdan əvvəl şagirdlərin eynəklərini gizli kameraların olub-olmaması baxımından yoxlayacaqlar. Təhsil naziri smart eynəklərdən istifadə edərək köçürməyə cəhd edən şəxslərin ciddi hüquqi məsuliyyətə cəlb olunacağını bildirib.


Güclü akademik rəqabət və imtahanın təxirə salınması ilə bağlı çağırışlara baxmayaraq, Təhsil Nazirliyi imtahanın vaxtının dəyişdirilməsindən imtina edib. Bununla belə, ekspertlər hökumətin tətbiq etdiyi tədbirlərin texnologiyadan istifadə edərək köçürmənin qarşısını almaq üçün kifayət etməyəcəyini düşünürlər. Onlar həmçinin qeyd edirlər ki, Cənubi Koreyanın rəqabətə əsaslanan təhsil sistemində bahalı özəl repetitor xidmətləri və hazırlıq məktəbləri imkanlı şagirdlərə üstünlük qazandırır. Bu isə aztəminatlı ailələrdən olan şagirdlər üçün bərabərsizliyə səbəb olur.


News in Levels
Aysun Xəlilova

#qarşı #yeni #köçürməyə #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər