Brighton Təbiət Tarixi Muzeyi yenilənir: £140 minlik dəstək
Booth Museum of Natural History əsas qalereyasını yeniləmək və daha zəngin sərgilər təşkil etmək üçün təxminən 140 min funt sterlinq maliyyə alıb. Muzey 1874-cü ildə Edward Thomas Booth tərəfindən yaradılıb və hazırda 600 mindən çox eksponatı - həşəratlar, minerallar, fosillər və dinozavr sümükləri ilə zəngin kolleksiyaya malikdir.
2025-ci ilin aprelindən bağlı olan muzey uzun illər ciddi investisiya görmədiyi üçün bu maliyyə “çox vacib dəstək” kimi qiymətləndirilir. Layihə çərçivəsində giriş hissəsi daha açıq və müasir olacaq, eyni zamanda Viktoriya dövrünə aid məşhur quş dioramaları qorunacaq və bərpa ediləcək.
Yenilənmədən sonra muzeydə iqlim dəyişiklikləri, yaşayış mühiti və biomüxtəliflik mövzularına həsr olunan xüsusi təhsil zonası yaradılacaq. Bundan əlavə, əvvəllər daimi sərgidə yer almayan bir çox nadir növ - exidna, rakun, qızıl köstəbək, tikanlı kərtənkələ, tısbağa, eləcə də tropik quşlar və böyük həşəratlar nümayiş etdiriləcək.
Muzey rəhbərliyi bildirir ki, məqsəd yalnız bu canlıların gözəlliyini göstərmək deyil, həm də onların iqlim dəyişikliyi və insan fəaliyyəti nəticəsində üzləşdiyi təhlükələr barədə ziyarətçiləri məlumatlandırmaqdır. Bununla yanaşı, şəhər mühitinə uğurla uyğunlaşan növlərin hekayələrinə də yer veriləcək.
Muzeyin nə vaxt yenidən açılacağı isə hələlik açıqlanmayıb.
BBC
Reyhan Quliyeva