00:00:00
Yazar
Admin User
01.05.2023 15:33 277 1 dəq oxuma
Dünya

Britaniya kəşfiyyatından Rusiyaya sərt irad

Britaniya kəşfiyyatından Rusiyaya sərt irad

Britaniya Müdafiə Kəşfiyyat Agentliyi bu gün keçirdiyi brifinqdə Rusiyanın ötən ilin yayından başlayaraq son onilliklərdə dünyanın ən böyük müdafiə strukturları şəbəkəsini qurduğunu  vurğulayıb.

 

İnformator.az BBC Russian-a istinadən xəbər verir ki, mövcud görüntülərə istinad edən analitiklər Rusiyanın, xüsusilə, işğal olunmuş Krımın şimal sərhəddini ciddi şəkildə gücləndirdiyini qeyd ediblər. Bundan əlavə, Rusiyanın özünün dərinliklərində, xüsusən də Belqorod və Kursk vilayətlərində də yüzlərlə kilometr səngərlər qazıldığı bildirilib.

 

"Bu işin miqyası onu deməyə əsas verir ki, Rusiya rəhbərliyi Ukraynada ciddi irəliləyişin mümkünlüyündən dərin narahatdır"-deyə Müdafiə Nazirliyinin hesabatında deyilir.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər