00:00:00
Yazar
Səadət Əlizadə
01.05.2026 19:17 17 1 dəq oxuma
İqtisadiyyat

"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb

"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb

Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 30 milyon ABŞ dolları, əsaslı xərclər isə təqribən 28 milyon ABŞ dolları təşkil edib.

 

"İnformator.az" BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 6,2 % azalıb, əsaslı xərcləri isə 2,2 dəfə artıb.

 

BTC boru kəmərinin istismara verildiyi 2006-cı ilin iyun ayından bu ilin mart ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 626 milyon ton (təxminən 4,7 milyard barel) xam neft nəql edilib və Ceyhan terminalında 6 210 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2026-cı ilin yanvar-mart aylarında BTC vasitəsilə ixrac olunmuş təqribən 6 milyon ton (təxminən 49 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 65 tankerə yüklənərək yola salınıb.

#btc #gündəm #baki #azaldıb #rübdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər