00:00:00
Yazar
Admin User
06.01.2026 18:16 73 1 dəq oxuma
İqtisadiyyat

“Bu da ölkənin infrastrukturunda mühüm rol oynayacaq”

“Bu da ölkənin infrastrukturunda mühüm rol oynayacaq”

Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, bu plan çoxdan var idi, yəni bir neçə il bundan qabaqdır, bunda bağlı müzakirələr aparılıb, beynəlxalq konsalting şirkətləri də cəlb olunub:

 

“Sadəcə problem ondan ibarətdir ki, buna maliyyə həddindən artıq çox lazımdır. Bir də şəhər infrastrukturunda bu qədər köklü dəyişiklər edilərkən, müxtəlif söküntü işlərin aparılması qaçılmaz olacaq. Çox gümanki buna görə də hissə-hissə bu plan həyata keçiriləcək, yəni birdən-birə hər üç bölgədə bu işlərin görülməsi texniki olaraq da çətindir, maliyyə vəsaitdə həddindən artıq çox lazım olacaq. Ona görə ki, çox gümanki böyük bir proqram qəbul olunacaq və hissə-hissə, məsələn, iki ildən bir, üç ildən bir müxtəlif hissələri yerinə yetiriləcək və bu da ölkənin infrastrukturunda mühüm rol oynayacaq. Çünki, məsələn, yağış yağarkən Bakı şəhərində həddindən artıq çoxlu gölməçələr yaranır, su yığıntıları yaranır və nəticə etibarilə də bu, Bakı şəhərin infrastrukturundakı problemləri, kanalizasiya sistemindəki problemləri özündə ehtifa edir. Ona görə də istər-istəməz bu planın addım-addım yerinə yetirilməsi Bakının və Abşeron rayonunun ümumiyyətlə infrastrukturunda yenilənməyə doğru bir addım olacaq”.

 

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər