00:00:00
Yazar
Admin User
24.01.2015 11:10 2275 1 dəq oxuma
Maraqlı

Əbu Dabinin görkəmli Şeyx Zayed məscidi

Dünyanın ən böyük məscidin tikilməsi üçün 3 mindən çox işçi 13 il vaxt sərf edib.
Əbu Dabinin görkəmli Şeyx Zayed məscidi

Abu-Dabinin əsas abidələrindən biri Nəhəng Şeyx Zahid Bin Sultan Əl Nahyan Ağ Məscididir. Məscid Birləşmiş Ərəb Əmirliklərinin ilk prezidenti Şeyx Zahid ibn Sultan əl-Nəhyanın şərəfinə adlandırılıb.

Məscid müasir ərəb dünyasının ən unikal və gözəl memarlıq abidələrindəndir, burda eyni zamanda 40 min mömin dua edə bilir. Bir neçə yüz mərmər sütun və panellər gözəl daşlarla – qırmızı əqiq, ametist və mirvari ilə bəzədilib.

Tikinti 1996-cı ildə başlayıb, rəsmi açılış 2007-ci ildə olub. Daxili sahə 22 412 kv.metrdir.

Yerli sakinlərin sözlərinə görə, dolunay zamanı məscid Məkkəyə doğru üzən buludlar şəklində parlaq ağ işıqla aydınlanır. Ay kiçildikcə 14 gün sonra təzə ay çıxana qədər işıq göy rəngə dönür.

Məscidin möcüzələri bununla bitmir. Döşəmə dünyanın ən böyük xalçası ilə bəzədilib, xalçanın sahəsi 5 627 kv.m, çəkisi isə 45 tondur. Onun hazırlanmasına iki il vaxt və 15 ton təmiz İran yunu, 15 ton Yeni Zelandiya yunu və 15 ton təmiz pambıq sərf edilib.
 

Amma bu da son deyil. Böyük zalda qızıl suyuna salınmış, svarovski bülluru ilə bəzədilmiş nəhəng çilçıraq asılıb. Çilçıraq Almaniyadan gətirilib.Məscidə daxil olarkən ayaqqabıları çıxarmaq lazımdır, qadınlara isə elə qapının yanında paylanılan xüsusi geyim təklif edilir.

Ümumiyyətlə, möminlər və qonaqlar üçün yeraltı parketməyə qədər bütün şərait yaradılıb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər