00:00:00
Yazar
Admin User
18.11.2025 16:17 72 1 dəq oxuma
Sosial

Bu domenlərdə problem qeydə alınmayıb

Bu domenlərdə problem qeydə alınmayıb

"Cloudflare" antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətindəki fasilənin "AzStateNet" şəbəkəsinə və GOV.AZ zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb.


"İnformator.az" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bəyan edib.

 

"Təhlükəsizliyini təmin etdiyimiz dövlət informasiya ehtiyatları və "AzstateNet" şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək, 24/7 monitorinq olunur. "Cloudflare" kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axınının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir"- deyə məlumatda qeyd olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər