00:00:00
Yazar
Admin User
16.01.2026 15:28 72 2 dəq oxuma
Siyasət

“Bu görüş Avropada təhlükəsizlik koordinasiyasını gücləndirsə də,…”

“Bu görüş Avropada təhlükəsizlik koordinasiyasını gücləndirsə də,…”

“Bu gün səhər mən Çexiya Prezidentini Kiyevdə salamlamaq şərəfinə nail oldum. Biz Ukrayna Prezidenti Vladimir Zelenski ilə strateji tərəfdaşlığımızın inkişafı, müdafiə əməkdaşlığı və sülh səyləri məqsədilə məzmunlu danışıqları səbirsizliklə gözləyirik”, - deyə Çexiya Xarici İşlər naziri qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Çexiya Prezidentinin Kiyevə səfəri Ukrayna ilə Avropa arasında siyasi koordinasiyanın dərinləşdiyini göstərən mühüm siqnaldır:

 

“Petr Pavel regional təhlükəsizlik məsələlərində prinsipial mövqeyi və Ukraynaya ardıcıl dəstəyi ilə tanınır. Onun Zelenski ilə keçirəcəyi danışıqlar, hər şeydən əvvəl sülh prosesinə dair beynəlxalq əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Lakin real sülh perspektivi yalnız diplomatik iradə ilə deyil, həm də döyüş meydanındakı vəziyyət, Rusiya ilə aparılan dolayı danışıqlar və ABŞ – Aİ koordinasiyasının səviyyəsi ilə birbaşa bağlıdır. Pavelin səfəri siyasi dinamikanı pozitiv istiqamətə yönəldə bilər, amma qısa müddətdə fundamental dönüş yaratmaq çətindir. Görüşün Avropanın təhlükəsizlik arxitekturasına təsiri daha geniş miqyasda qiymətləndirilə bilər. Çexiya Şərqi Avropa təhlükəsizliyi üzrə sərt xətt tərəfdarıdır və Pavelin Kiyevdə iştirakı Avropa İttifaqı daxilində həmrəyliyin nümayişi kimi qəbul olunacaq. Bu xüsusilə NATO daxilində Ukraynaya uzunmüddətli hərbi yardımın davam etdirilməsi üçün siyasi impuls yarada bilər. Eyni zamanda, Moskva bu səfəri Qərbin təzyiqinin artması kimi şərh edəcək ki, bu da regiondakı strateji balansın daha gərgin forma almasına səbəb ola bilər. Beləliklə, bu görüş Avropada təhlükəsizlik koordinasiyasını gücləndirsə də, paralel olaraq risklərin də yüksəlməsinə yol açır”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər