Bu gün Binəqədinin bir hissəsində işıq olmayacaq
Bu gün Binəqədinin bir hissəsində işıq olmayacaq.
"İnformator.az" xəbər verir ki, bu gün saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, birinci, ikinci mədən adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Fasiləyə səbəb Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 3 dekabr tarixində 6 kV-luq "Binəqədi-1" və "Binəqədi-2" hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işlərinin aparılmasıdır.
