00:00:00
Yazar
Admin User
26.12.2025 09:41 122 1 dəq oxuma
Mədəniyyət

Bu gün “Səkkiz” çoxseriyalı bədii filminin Qala Gecəsi keçiriləcək

Bu gün “Səkkiz” çoxseriyalı bədii filminin Qala Gecəsi keçiriləcək

Məktəbli qızının intiharından sonra həyatını tamamilə itirən bir atanın sarsıdıcı taleyindən bəhs edən “Səkkiz” çoxseriyalı bədii filminin ilk hissəsinin Qala Gecəsi Bakıda baş tutacaq.

 

Serialda faciəvi itkidən sonra baş qəhrəmanın daxilində gizli qalmış uşaqlıq travmaları yenidən üzə çıxır. Qızının ölümündə günahkar bildiyi insanlara qarşı qisas hissi onu geri dönülməz bir yola sürükləyir. Keçmiş həyat yoldaşı, biganə tibb bacısı, məktəb direktoru və ətrafındakı insanlar onun hədəfinə çevrilir. Hər qətl onu azad etməli olduğu halda, qəhrəman daha da qaranlığa qərq olur. Cəmiyyətdə sakit və mehriban tanınan bu insanın daxilində isə tam fərqli, idarəolunmaz bir dünya gizlənir.

 

18+ reytinqinə sahib olan və artıq indidən böyük marağa səbəb olan “Səkkiz” serialının ilk bölümü 26 dekabr, saat 20:00-da, Park Cinema Flame Towers kinoteatrında təmtəraqlı Qala Gecəsində nümayiş olunacaq. Tədbirdə serialın aktyor heyəti və yaradıcı komandası da iştirak edəcək.

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər