Bu gün Son Zəng günüdür
Azərbaycanlı Nobel mükafatçısı, alim Bəxtiyar Siracov Son zəng münasibətilə gənclərə öz tövsiyələrini verib. O, bu barədə "facebook" sosial şəbəkəsində paylaşım edib. "İnformator.az" Bəxtiyar Siracovun fikirlərini təqdim edir:
"Bu gün günlərdən Son zəng günüdür. Gənc qız və oğlanlarımız məktəbləri ilə vidalaşıb kimisi elm dalınca, kimisi bisness dalınca gedəcək, kimisi incəsənətlə məşğul olacaq, kimisi də təbabət və digər sahələrdə təhsil alıb fəaliyyət göstərəcəklər.
Türk qardaşlarımızın belə bir deyimi var: "Alim öldü, aləm öldü". Bu kəlamı bir az daha ümumiləşdirərək belə də ifadə etmək olar: "Elm öldü, elim öldü".
Gənclərimizə söyləmək istədiyim budur: Əmək sərf edin, əzm göstərin ki, elmi diri saxlayasınız, onu yaşadasınız. Çünki əgər elm aradan gedərsə, dünyamız zülmə əsir düşər, zülmətə qərq olar.
Allah amanında, yollarınız açıq olsun".
