00:00:00
Yazar
Admin User
23.10.2025 17:46 166 1 dəq oxuma
Mədəniyyət

Bu gün xalq artisti Səxavət Məmmədovun doğum günüdür

Bu gün xalq artisti Səxavət Məmmədovun doğum günüdür

Bu gün Azərbaycan muğam sənətinin tanınmış nümayəndəsi, xalqın sevimli xanəndəsi Səxavət Məmmədovun doğum günüdür.

 

O, 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb.

 

Səxavət Məmmədov uşaq yaşlarından musiqiyə böyük maraq göstərib və gənclik illərindən muğam məclislərinin sevilən simasına çevrilib.

 

Sənətkarın ifasında səslənən “Bayatı-Şiraz”, “Segah”, “Qarabağ şikəstəsi” kimi muğamlar bu gün də muğamsevərlərin yaddaşında yaşayır.Onun repertuarında yer alan “Ayrılıq”, “Sona bülbüllər”, “Gəl, ey səhər” kimi xalq mahnıları isə öz orijinallığı və emosional dərinliyi ilə seçilir.

 

Qısa, lakin məhsuldar ömür yaşayan Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da baş verən avtomobil qəzası nəticəsində vəfat edib,lakin onun bənzərsiz səsi və sənət mirası bu gün də yaşayır, yeni nəsil ifaçılar üçün örnək olaraq qalır.

 

Muğam sevərlərin fikrincə, Səxavət Məmmədovun səsi yalnız bir ifa deyil, həm də Azərbaycan ruhunun musiqidəki təcəssümüdür.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər