Bu il Azərbaycanın qeyri-neft ixracı 17% artıb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
"İnformator.az" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Cari ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq 381,9 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 19,4 faiz artaraq 175,3 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı (qeyri-monetar qızıl istisna olmaqla) isə 17,3 faiz artaraq 206,5 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 3,4 dəfə, pambıq iplik 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 50%, alüminium və ondan hazırlanan məmulatlar 40,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 30,1%, pambıq lifi 26,3%, meyvə-tərəvəz 18,9%, çay 19,4%, spirtli və spirtsiz içkilər isə 2,9% artıb.