Bu istiqamətdə əlavə qatar reysləri təyin edilir
ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 12, 13 və 14 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
“İnformator.az” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.
