00:00:00
Yazar
Admin User
02.12.2025 11:12 93 1 dəq oxuma
Sosial

Bu istiqamətlərə əlavə qatar reysləri təyin edilib

Bu istiqamətlərə əlavə qatar reysləri təyin edilib

 

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 5, 6 və 7 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

 

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

 

Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərlər.


Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər