00:00:00
Yazar
Aysel Mirzəyeva
05.04.2026 15:07 24 1 dəq oxuma
Sosial

Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə (Cavidan İbrahimli küçəsi) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.


"İnformator.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.


Dəyişikliyə əsasən, marşrutun hərəkəti Badamdar qəsəbəsi – metronun "Elmlər Akademiyası" stansiyası – "Azneft dairəsi" – 20-ci sahə istiqamətində təşkil olunub.

#sxemi #yeni #marşrutun #dəyişdirilib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər