Bu ölkədə 12 yaşdan kiçik uşaqlara evtanaziya hüququ
Hollandiya hökuməti dözülməz ağrılardan əziyyət çəkən və sağalma ümidi olmayan 12 yaşından kiçik uşaqlara evtanaziya verməyə hazırlaşır.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyada evtanaziyanı qəbul edən ilk ölkə olan Hollandiyada 2002-ci ildən bu yana sağalmaz xəstəlikləri olanların müəyyən şərtlər altında həyatına son verilməsinə icazə verilib.
Bununla belə, bu proqram yalnız 12 və daha yuxarı yaşda olan şəxsləri əhatə edir.
Hollandiyada pediatrların təkidi ilə hökumət 12 yaşından kiçik uşaqların evtanaziya hüququ ilə bağlı hərkətə keçib.
Fatima
