00:00:00
Yazar
Admin User
19.04.2023 18:16 288 1 dəq oxuma
Dünya

Bu ölkədə bir gündə 16 dəfə vulkan püskürdü

Bu ölkədə bir gündə 16 dəfə vulkan püskürdü

İndoneziyanın Şərqi Yava əyalətində yenidən aktivləşən Semeru vulkanında gün ərzində 16 püskürmə baş verib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Şərqi Yava əyalətində 3676 metr yüksəklikdə yerləşən Semeru vulkanı yenidən fəaliyyətə başlayıb.

 

Gün ərzində ümumilikdə 16 püskürmənin qeydə alındığı Semeru vulkanı 2 kilometr hündürlüyə kül və tüstü səpib. Rəsmi açıqlamada sakinlərdən vulkana 5 kilometr məsafədə yaxınlaşmama çağırışı edilib.

 

Qeyd edək ki, 4 dekabr 2021-ci ildə Semeru vulkanının püskürməsi nəticəsində ən azı 46 nəfər ölüb, minlərlə insan evsiz qalıb.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər