Bu ölkədə sabiq erməni nazirin evində axtarış aparılıb
Livanın hüquq-mühafizə orqanları keçmiş livanlı erməni nazir Corc Puçikyanın mənzilində axtarış aparıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Puçikyanın əvvəllər rəhbərlik etdiyi Memarlıq və Sənaye Nazirliyinin əsas məmurlarının mənzillərində də axtarışlar aparılıb. Hüquq-mühafizə orqanlarının diqqəti həm də keçmiş nazirin aparat rəhbəri Levon Kyurimyandadır.
Puçikyan dindirilməyə çağırılsa da, “səhhətində yaranan problemlər”ə görə gəlməyib.