Bu ölkədə tibb bacılarının üçdə biri peşəsini tərk etmək istəyir
ABŞ tibb bacılarının üçdə biri peşəsini tərk etməyi planlaşdırır.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, keçirilən bir sorğunun nəticələri göstərir ki, ABŞ-da tibb bacılarının təxminən üçdə biri KOVİD-19 pandemiyası ərəfəsində hədsiz yorğunluğa görə peşələrini tərk etməyi düşünür.
18 mindən çox tibb bacısı arasında aparılan sorğu nəticəsində iştirakçıların 30%-nin karyeralarını tərk etmək istədikləri məlum olub. Sorğuya əsasən, tibb bacılarının 36%-i sektorda işləməyə davam etməyi planlaşdırsalar da, iş yerlərini dəyişə biləcəklərini vurğulayıblar.
Sorğuya görə, tibb bacılarının 69%-i maaşlarının artırılması, 63%-i isə streslərini azaltmaq üçün daha təhlükəsiz iş mühitinin təmin olunması kimi müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edib.
Gülay
