00:00:00
Yazar
Admin User
11.05.2023 14:27 233 1 dəq oxuma
Dünya

Bu ölkəyə gələnlər üçün artıq Kovid-19 karantini olmayacaq

Bu ölkəyə gələnlər üçün artıq Kovid-19 karantini olmayacaq

Cənubi Koreyada ölkəyə gələnlər üçün KOVID-19 karantininin və test tələbinin iyun ayından qaldırılacağı açıqlanıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Seul administrasiyası qərarını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyət"in başa çatdığını elan etməsindən sonra qəbul edib.

 

Bu qərarla ölkəyə daxil olan şəxslərə tətbiq olunan 7 günlük karantin və ölkəyə girişdən 3 gün əvvəl test etmək məcburiyyəti aradan qaldırılacaq. Eyni zamanda kiçik xəstəxanalarda və səhiyyə müəssisələrində maska ​​taxmağa ehtiyac olmayacağı bildirilir.

 

Qeyd edək ki, Koreya səhiyyə rəsmiləri KOVİD-19 testi müsbət olan insanlara 5 günlük özünütəcridi tövsiyə etməyə davam edir.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər