“Bu prosesin Azərbaycan üçün heç bir mənası yoxdur”
Siyasi səbəblərdən Ermənistan Rusiya taxılından imtina edərək Avropa Birliyindən maliyyələşdirilən daha bahalı Ukrayna taxılına üstünlük vermək niyyətindədir.
Uzun illər Ermənistan taxılı Rusiyadan alıb. İndi isə siyasi səbəblərə görə ermənilər Moskvadan “azad olmaq” və lazımi taxılın bir hissəsini “müstəqil” ölkədən almaqla Ukraynaya kömək etmək istəyirlər. Əvəzində isə Brüsseldən Ukrayna taxılının dəyərini kompensasiya etməsi istənilir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu Ukraynanın heç bir inflyasiyasına təsir etməyəcək:
“Heç biri üstünlük və risk deyil. Prosesdə bir problem Rusiya taxılının imtinasıdır. Orada da bir hissəsindən söhbət gedir. Rusiya Ermənistanın tam taxılı onlardan almasından asılı deyil. Hər bir ölkə öz alışlarını bazarlar üzrə edə bilərlər. Bütün məhsulların çox hissəsini almaq riskdir. Ona görə də bu hər bir ölkənin hüququdur. Burada təkcə ziyan çəkən Avropadır. Onlar vəsaiti özləri qoyacaqlar ki, Ermənistan Ukraynadan taxıl alsın. Ermənistan nə qədər verəcəksə, gəlir və ziyan bəlli olacaq. Bu məsələlərin isə Azərbaycan üçün heç bir mənası yoxdur”.
Nuray Əliyeva
