00:00:00
Yazar
Zəhra Həsənova
13.07.2026 22:29 39 2 dəq oxuma
İqtisadiyyat

“Bu qərarın iqtisadi yox, daha çox siyasi PR effekti var” - İqtisadçı

“Bu qərarın iqtisadi yox, daha çox siyasi PR effekti var” - İqtisadçı

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə İsrailin Fələstin ərazilərindəki yaşayış məntəqələri ilə ticarətin məhdudlaşdırılması və ya qadağan olunması variantları müzakirə edilib. Müzakirələrə idxalın qismən və ya tam qadağan edilməsi, yüksək gömrük rüsumlarının tətbiqi və lisenziyalaşdırma mexanizmi kimi təkliflər daxildir. 

 

Bu məsələnin iqtisadiyyatdan daha çox siyasi tərəfinin olduğunu iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib:

 

“Texniki baxımdan Avropa İttifaqının İsraillə ticarət əlaqələri qalır və bunlar kəsilmir. Avropa İttifaqı malını İsrailə satacaq. İsrail isə həmin məhsulları öz daxilində və ya Fələstin ərazilərində satacaq, satmayacaq - buna Avropa İttifaqı nəzarət edə bilməyəcək. Bu baxımdan, qərarın daha çox siyasi PR effekti var, nəinki iqtisadi təsiri. Ona görə də, bunun iqtisadi münasibətlərə ciddi təsiri olmayacaq. Əsas təsir siyasi münasibətlərdə özünü göstərəcək. Bunun qiymətlərə də heç bir təsiri olmayacaq. Çünki ticarət onsuz da İsraillə aparılır. İsrail həmin məhsulları ölkə daxilində necə istifadə edir və ya hara yönəldir - buna kənardan nəzarət etmək mümkün deyil. Digər ölkələrə gəlincə, nümunə kimi müsəlman ölkələrini göstərmək olar. Onların əksəriyyəti onsuz da İsraillə ticarət etmir. Latın Amerikasında İsrailə qarşı sərt mövqe nümayiş etdirən bəzi ölkələr, eləcə də Afrika ölkələri var. Onlara müəyyən təsiri ola bilər. Lakin bu halda da konkret iqtisadi nəticələrdən danışmaq mümkün deyil”, – deyə o vurğulayıb.

 

Fatimə Hüseynli

#“bu #gündəm #çox #iqtisadi #effekti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər