00:00:00
Yazar
Admin User
22.10.2025 12:37 126 2 dəq oxuma
İqtisadiyyat

“Bu sahədə məşğulluğun sayını artıracaq”

“Bu sahədə məşğulluğun sayını artıracaq”

Azərbaycan bentonit istehsalını 43 %-ə yaxın artırır. Bu elə bir mineraldır ki, bu bir çox sahələrdə ümumiyyətlə istifadə olunur.


Mövzu ilə bağlı iqtisadiyyatçı Fuad İbrahimov "İnformator.az"a açıqlamasında bildirib ki, bu istəyir tikinti, istəyirsə də inşaat sektorunda, səhiyyədə istifadə olunur:



"Farmakologiyada istifadə olunur. Kənd təsərrüfatı sektorunda, bu yeyinti sənayesində həddindən artıq çox yerlərdə istifadə olunur. Hətta biz bu neft sənayesində buruq işləri zamanı da bentonitdən istifadə edirlər. Çünki kifayət qədər su ilə kontakta girəndə şişmə qabiliyyəti var. Əlbəttə, bu, qeyri neft sektoruna aid bir göstəricidir, varlığımızdır və bu günləri bunu qeyd etməklə biz kifayət qədər dediyimiz sahələrdə bir əlverişli, ən azından xammal bazasının formalaşmasını həll edirik. Nəzərə alsaq ki, bu sektorlarda da sənaye sektoruna daha üstünlük verilir, yəni bu istehsalat proseslərinin yaranmasını, düşünürəm ki, adı çəkilən sahələrdə məhz xammalın özümüzdən olması və onun da iqtisadi dövriyyəyə cəlb edilməsi istehsal edəcəyimiz məhsulların qiymət əmələgəlmə prosesinə müsbət təsir edəcəkdir. Eyni zamanda bu sahədə məşğulluğun sayını artıracaq və eyni zamanda da nəzərə almaq lazımdır ki, dediyimiz bu mineralın misal üçün, ixracı da istisna olunmur. Çünki nəzərə almaq lazımdır ki, dediyimiz sahələr digər ölkələrdə də bir əsası var və düşünürəm ki, ehtiyacı olan ölkələrdən bunun ixracı məsələlərini də müzakirə edilməsi hər hansı bir problem yaratmaz. Amma hazırda statistik məlumatda hətta elə bir məlumatımız yoxdur ki, bu ixrac olunur, ya yox. Amma istisna olunmur. Həm ixrac üçün, həm daxili istifadə üçün istehlak üçün kifayət qədər dəyərli bir mineraldan yer, söhbət və bunun iqtisadi dövriyyəyə cəlb edilməsi indiki vəziyyətdə və artıq siz vurğulamısız 43 faiz bentonit istehsalı artıb. Bu, təqdirə layiqdir".


Gülcan Salahova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər