00:00:00
Yazar
Admin User
16.01.2026 16:19 71 1 dəq oxuma
İqtisadiyyat

“Bu səbəbdən yaxın dövrdə əməkhaqqında artımın baş verməsi gözlənilir“

“Bu səbəbdən yaxın dövrdə əməkhaqqında artımın baş verməsi gözlənilir“

2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında qeyd edib ki, əgər Azərbaycanda əməkhaqqında artım varsa, bu verginin artması hesabına ola bilər:

 

"Çünki hazırda Azərbaycanda adambaşına düşən gəlirlər və əməkhaqqı normal sürətlə inkişaf etmir və qonşu ölkələrdən həm mövcud qiymət səviyyəsinə görə, həm də artım dinamikasına görə geri qalır. Əgər hər hansısa bir artım olarsa orta əməkhaqqının artmasına səbəb ola bilər. Son vaxtlar əməkhaqqına və qeyri-neft sektoruna da vergi qoyulub. Bu əməkhaqqı dəyişmədikcə işçinin alacağı xalis əməkhaqqını azaldır. Amma bəzi vəzifələrdə bunu nəzərə alaraq əməkhaqqına yenidən baxıblar və bu da orta nominal əməkhaqqının artmasına səbəb olur, yəni əməkhaqqı fiziki şəxslərin gəlir vergisinin əsas mənbəyidir. Bu ildən əməkhaqqına tutulan vergilərə tətbiq edilən güzəştlər bitib və hissə-hisə bu vergilər bərpa olunur. Bu səbəbdən yaxın dövrdə əməkhaqqında artımın baş verməsi gözlənilir".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər