Bu şirkət Afrikanın ən geniş yayılan yanacaqlarından birindən hidrogen istehsal etmək istəyir
Afrikanın bir çox bölgəsində elektrik şəbəkəsinin məhdud və etibarsız olması səbəbindən insanlar evlərini və bizneslərini enerji ilə təmin etmək üçün dizel generatorlardan asılıdırlar.
Təkcə Sub-Sahara Afrikasında təxminən yeddi milyon ehtiyat dizel generatorunun olduğu və onların ildə 20 milyard dollardan çox dizel yanacağı sərf etdiyi təxmin edilir.
Dizel generatorlar qlobal istiləşməyə töhfə verən karbon qazı buraxmaqla yanaşı havanın keyfiyyətini pisləşdirən xırda hissəciklər də yayır. Bu hissəciklər tənəffüs problemlərinə, ürək-damar xəstəlikləri riskinin artmasına, hətta xərçəngə səbəb ola bilər. Cənubi Afrikada fəaliyyət göstərən Hyena adlı enerji startapı isə qitənin dizel generatorlardan asılılığını azaltmağa çalışır.
Cnn News
Ədilə Hüseynzadə
