Büdcə vəsaitlərinin 3,5 faizi kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib
Yanvar-may aylarında ölkədə istehsal edilmiş 51,8 milyard manat məbləğində ümumi daxili məhsul üzrə əlavə dəyərin 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub.
"İnfor ator.az" Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş ümumi investisiyanın 1,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf edilib.
Büdcə vəsaitlərinin 3,5 faizi və ya 369,1 milyon manatı kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib.
İyunun 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub.