00:00:00
Yazar
Bəsti Nəsibova
07.05.2026 16:53 29 1 dəq oxuma
Sosial

Buzovna Peşə Təhsili Mərkəzində İnsan Alverinə Qarşı Maarifləndirici Tədbir Keçirilib

Buzovna Peşə Təhsili Mərkəzində İnsan Alverinə Qarşı Maarifləndirici Tədbir Keçirilib

 DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin insan alverinə qarşı maarifləndirmə tədbirləri planına uyğun olaraq Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi-ndə növbəti maarifləndirici görüş keçirilib.

Tədbirdə çıxış edən İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ruslan Alıyev dövlət qurumları tərəfindən insan alverinə qarşı həyata keçirilən tədbirlər, mövcud qanunvericilik və profilaktik mexanizmlər barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, insan alverinə qarşı effektiv mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda cəmiyyətin hər bir üzvünün məlumatlılığı, fəallığı və birgə mübarizəsi ilə mümkündür.

Tədbirdə çıxış edən Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyi-nin sədri Gülayə Səfərova isə qeyd edib ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsal platformalar vasitəsilə insan alveri, fahişəliyə cəlbetmə, istismar və digər qanunsuz fəaliyyət halları müşahidə olunur. O vurğulayıb ki, insan alverçilərinin əksəriyyəti artıq sosial şəbəkələrdən istifadə edir, reklam dili ilə çıxış edərək “yüksək maaşlı iş” vədləri ilə insanları aldadaraq tələyə salırlar.

Gülayə Səfərova tələbələri diqqətli və məlumatlı olmağa, şübhəli iş təkliflərinə qarşı ayıq-sayıq davranmağa çağırıb.

#qarşı #təhsili #peşə #mərkəzində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər