00:00:00
Yazar
Admin User
22.12.2025 18:13 162 1 dəq oxuma
Mədəniyyət

Bəxtiyar Vahabzadə 100 il

Bəxtiyar Vahabzadə 100 il

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Mənim ana dilim, mənim kimliyim” adlı seminar keçirilib. Seminarın qonağı aparıcı Saleh Bağırov olub. 

 

İlkin olaraq söz Milli Mətbuat Tarixi kafedrasının müdiri Professor Cahangir Məmmədliyə verilib. Daha sonra söz Saleh Bağırova verilib. O, Bəxtiyar Vahabzadənin bir ümman olduğunu qeyd edib. S.Bağırov Bəxtiyar Vahabzadə poeziyasının böyük bir yol olduğunu, məktəb olduğunu deyib. O həmçinin Bəxtiyar Vahabzadə ilə görüşündən də bəhs edib. 

 

Sonra seminara canlı olaraq Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin rəhbəri Elşən Zəkəriyyəbəyli qoşulub. O, auditoriyaya virtual olaraq ev-muzeyini göstərib. Elşən Zəkəriyyəbəyli Bəxtiyar Vahabzadənin şeirlərindən tələbələr üçün səsləndirib. Daha sonra tələbələrin suallarını cavablandırıb.  Sonra isə tədbir iştirakçıları Bəxtiyar Vahabzadənin şeirlərini səsləndirib. 

 

 

Sonda xatirə şəkili çəkilib. 

 

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər