00:00:00
Yazar
Admin User
22.12.2025 18:34 117 1 dəq oxuma
Mədəniyyət

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazıb

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazıb

Xalq şairi Bəxtiyar Vahabzadənin övladları - oğlu Azər və qızı Gülzar Vahabzadələr Prezident İlham Əliyevə məktub yazıblar.

 

"İnformator.az"xəbər verir ki, məktubda qeyd olunur:

 

“Çox möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

 

“Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamınıza əsasən bu il ölkəmizin müxtəlif yerlərində elm, təhsil, mədəniyyət ocaqlarında ən yüksək səviyyədə tədbirlər və konfranslar keçirilib, İstanbul şəhərində abidə ucaldılıb.

 

Bu ayın 13-də Heydər Əliyev Sarayında Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılıq yolunu ehtiva edən, onun əqidəsini, amalını tamamən əks etdirən möhtəşəm tədbir təşkil olunub. Bəxtiyar Vahabzadənin həyatında taleyüklü önəm kəsb edən böyük Qarabağ qələbəsinin də bu il yubileyidir. Qələbəmiz mübarək!

 

Sizə, göstərdiyiniz bu diqqət və ehtirama görə Vahabzadələr ailəsi adından öz dərin minnətdarlığımızı bildirib təşəkkür edirik.

 

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Sizi əzizlərinizlə bərabər ürəkdən təbrik edirik.

 

Hörmətlə,

 

Azər və Gülzar Vahabzadələr”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər