00:00:00
Yazar
Aysel Mirzəyeva
23.04.2026 18:34 24 2 dəq oxuma
İqtisadiyyat

“Cənub qaz dəhlizi genişlənməsə, hasilat artımının ixraca təsiri məhdud qalacaq” - ŞƏRH

“Cənub qaz dəhlizi genişlənməsə, hasilat artımının ixraca təsiri məhdud qalacaq” - ŞƏRH

İlham Əliyev bildirib ki, Azərbaycanda təbii qaz hasilatı artır və artmaqda davam edəcək. Dövlət başçısı qeyd edib ki, ixrac potensialının genişləndirilməsi və beynəlxalq bazarlarda artan tələbatın qarşılanması üçün mövcud imkanlardan daha səmərəli istifadə olunmalıdır.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, qaz hasilatının artması avtomatik olaraq ixracın artması demək deyil:

 

“Hazırda Azərbaycanın qaz ixracı əsasən Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilir. Bu sistemə TANAP və TAP layihələri daxildir. Mövcud vəziyyətdə bu marşrutun ötürmə gücü təxminən illik 21–22 milyard kubmetrdir və faktiki olaraq bu həcmdən tam istifadə olunur. Bu səbəbdən hasilat artsa belə, dəhlizin genişləndirilməsi həyata keçirilmədən ixrac həcmini artırmaq mümkün deyil. Avropa bazarında artan tələbat Azərbaycanın strateji əhəmiyyətini artırır. Avropa bazarında qaz tələbatının yüksəlməsi Azərbaycanın enerji ixracatçısı kimi rolunu gücləndirir. Hazırda Azərbaycan qazını bir neçə Avropa ölkəsinə satır və bu, bazarların şaxələndirilməsi baxımından müsbət haldır. Bu yanaşma ölkənin bir bazardan asılılığını azaldır və enerji təhlükəsizliyi baxımından daha dayanıqlı mövqe yaradır”.

 

Şərhçi vurğulayıb ki, əsas məhdudiyyət infrastrukturla bağlıdır:

 

“Əsas problem ondan ibarətdir ki, mövcud boru kəmərlərinin ötürmə gücü məhduddur. Yəni istək olsa belə, fiziki imkanlar çərçivəsində daha çox qaz ixrac etmək mümkün deyil. Ona görə də ixracın artırılması üçün ilk növbədə nəql infrastrukturu genişləndirilməlidir. Qeyri-neft-qaz sektorunun inkişafı ayrıca və daha geniş yanaşma tələb edir. Qeyri-neft-qaz sektorunun inkişafı ümumiyyətlə iqtisadiyyatın şaxələndirilməsi baxımından vacibdir. Amma bu məsələ qaz ixracından fərqli olaraq ayrıca analiz tələb edən geniş mövzudur və ayrıca şəkildə qiymətləndirilməlidir”.

 

Ayşə Müzəfərli

#gündəm #məhdud #“cənub #təsiri #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər