"Cənubi Koreya ilə Azərbaycan arasında iqtisadi əlaqələr uzun müddətdir mövcuddur" - ŞƏRH
Koreya Respublikasının Bakıdakı səfiri Kan Kimqu iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda fəaliyyət göstərən Cənubi Koreya şirkətlərinin rəhbərləri ilə görüşüb.
Mövzu ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Cənubi Koreya ilə Azərbaycan arasında iqtisadi əlaqələr uzun müddətdir mövcuddur və Azərbaycanın, ümumilikdə, dünyanın 186-dan çox ölkəsi ilə həm idxal, həm də ixracla bağlı iqtisadi əlaqələri var:
“Və həm də Cənubi Koreya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində bir sıra layihələr icra olunub. Onların şirkətləri 2000-ci ilin əvvəllərindən etibarən daha çox maraq göstərməyə başlayıb. Son dövrlərdə də bu əlaqələrin möhkəmlənməsi ümumilikdə Azərbaycanın Cənub-Şərqi Asiyaya marağı fonunda daha da dərinləşir və onu qeyd edək ki, təbii ki, bu əlaqələrin möhkəmlənməsində Azərbaycan məhsullarının Cənubi Koreyaya ixracı məsələsi də ön planda saxlanılır”.
Günel Əlili
