00:00:00
Yazar
Admin User
25.12.2025 18:11 84 2 dəq oxuma
İqtisadiyyat

“Çünki Zəngəzur dəhlizi nə qədər tez istifadə edilərsə,…”

“Çünki Zəngəzur dəhlizi nə qədər tez istifadə edilərsə,…”

“Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında ticarətin digər formaları da yaranacaq”,-deyə Paşinyan bildirib.

 

Mövzu ilə bağlı deputat Vüqar Bayramzadə “İnformator.az”a açıqlamasında bildirib ki, sülh gündəliyinə uyğun olaraq, Azərbaycan-Ermənistan arasında ticarət əlaqələrinin və iqtisadi münasibətlərinin bərpası da təbii ki, müzakirə olunur:

 

“Eyni zamanda qiymətləndirmələr də göstərir ki, Azərbaycan, Ermənistana bir neçə məhsul üzrə idxal və ixrac həyata keçirmək imkanına malik ola bilər. Bu həm Azərbaycan məhsullarının Ermənistan bazarına çıxarılması, həm də Ermənistanın müəyyən məhsullarının ixracatı mənasına gəlir. Bizim İqtisadi və Sosial İnkişaf Mərkəzinin ilkin qiymətləndirməsinə görə 70 məhsul üzrə müqayisəli üstünlük var, yəni 70 məhsul üzrə Azərbaycan və Ermənistan idxal və ixrac əməliyyatları qurmaq imkanına malik ola bilər. İlkin mərhələdə təxminən 100 milyon dollarlıq bir ticarətin reallaşması mümkündür”.

 

Həmçinin deputat qeyd edib ki, təbii ki, ən vacib məqamlardan biri Zəngəzur dəhlizinin daha qısa zamanda istifadəyə verilməsidir:

 

“Çünki Zəngəzur dəhlizi nə qədər tez istifadə edilərsə, bu bir tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatın bərpa edilməsinə, eyni zamanda region üzrə daşınan yüklərin həcminin artmasınfa, regionda idxal-ixrac əməliyyatlarının genişlənməsinə gətirib çıxaracaq. Ona görə də Zəngəzur dəhlizi regionda sülh və təhlükəsizlik baxımından vacib məqamlardan biridir. Digər tərəfdən, Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin bərpası Cənubi Qafqazda yeni bir səhifənin açılmasına gətirib çıxaracaq. Bu isə, həm region üçün əməkdaşlıq, həm də dayanıqlı sülh baxımından yeni imkanlar deməkdir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər