Çad Sudana cavab zərbəsi ilə hədələyib
Çad prezidenti, dəfn mərasimində iştirak edən ən azı 17 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı dron hücumundan sonra Sudandan gələcək hücumlara qarşı ordunun cavab tədbirləri görməsini əmr edib.
Hərbi forma geyinən prezident İdris Mahamat Deby çərşənbə axşamı axşamı təcili təhlükəsizlik iclası keçirib və ordunun yüksək hazırlıq vəziyyətində olmasını tapşırıb. O, həmçinin Sudanla sərhədin “tam bağlanması” barədə göstəriş verib.
BBC News
Gövhər Mehyəddinova