00:00:00
Yazar
Səadət Əlizadə
06.08.2026 11:34 57 1 dəq oxuma
İqtisadiyyat

Cari ildə dövlət büdcəsindən 191,6 milyon manat geri qaytarılıb

Cari ildə dövlət büdcəsindən 191,6 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 191 milyon 596,3 min manat məbləğində vəsait geri qaytarılıb.

 

"İnformator.az" xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

 

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

 

#qaytarılıb #ildə #büdcəsindən #geri #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər