Çatbotlardan müntəzəm istifadə psixozun inkişafına kömək edir
Kaliforniya Universitetinin psixiatrı Keyt Sakata nəşrə bildirib ki, chatbotlar müstəqil olaraq psixoloji pozğunluqlar yarada bilməzlər, lakin bir neçə halda delusional psixozdan əziyyət çəkən bəzi xəstələrdə simptomları gücləndiriblər.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az” a açıqlamasında bildirib ki, Sağlam psixikası olan insanlar üçün qısa müddətli rahatlama yarada bilər:
“Dinlənildiyini hiss etmək, cavab almaq ona xoş təsir edə bilər. Bundan əlavə emosional tənzimləməyə yardımcı ola bilər. Xüsusilə, sosial dəstəyi zəif olanlarda tənhalıq hissini azalda bilər. Ancaq həddindən artıq istifadə zamanı risklər yarana bilər. Burada emosional asılılıq, öz emosiyalarını yoxlamaq üçün daim xarici təsdiqə ehtiyac duymaq və “həmişə anlayan biri var” illüziyası formalaşdırmaq var. Bu isə real münasibətlərdə məyusluq yarada bilər. Yəni düşüncə olaraq real insan münasibətləri yerini almaq hissini yaşada bilər. Yəni chatbot emosional güzgü rolunu oynayır-bu güzgü sağlam insanda faydalı, həssas insanda isə riskli ola bilər. Burada risk olması realdır. Xüsusilə, paranoid düşüncə, şizotipal xüsusiyyətlər zamanı chatbotu şəxs xüsusi varlıq, “məni anlayan yeganə sistem” kimi qavraya bilər. Referensial düşüncə güclənə bilər (“mesajlar mənə yönəlib”). Reallıq testinin zəifləməsi baş verir. Bu səbəbdən Chatbot psixoz yaratmır, amma mövcud psixozu aktivləşdirə və gücləndirə bilər. Burada tam qadağa yox, düzgün çərçivə vacibdir. Chatbotu məlumat almaq, struktur vermək üçün, günlük, planlama, stress azaltma tipli özünü müşahidə sualları vermək üçün istifadə etmək olar. Chatbotu emosional dayaq və ya “yeganə anlayan” kimi görmək delusional düşüncələri müzakirə edib təsdiq gözləmək, uzun, gecəyarısı, reallıqdan uzaq dialoqlara girmək doğru deyil. Xüsusən, psixoz, bipolyar pozğunluğu,ağır dissosiasiya paranoid düşüncə hallarında mütləq terapevt nəzarəti ilə və ya məhdudlaşdırılaraq istifadə edilməlidir. Chatbot düzgün istifadə etsək faydalı, səhv istifadə etsək zərərlidir. Sağlam insanda -dəstək aləti həssas psixikada - risk gücləndiricidir”.
Selcan Xudiyeva
