00:00:00
Yazar
Səadət Əlizadə
07.05.2026 18:15 24 1 dəq oxuma
Sosial

Miras övladlar arasında necə bölünməlidir?

Miras övladlar arasında necə bölünməlidir?

Mirasın bölünməsi ailələr arasında ən həssas hüquqi məsələlərdən biridir. Xüsusilə, övladlar arasında mirasın necə paylaşdırılması tez-tez mübahisələrə səbəb olur. 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Zibeydə Sadiqova bildirib ki, Azərbaycanda miras məsələləri əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir:


“Əgər mərhum vəsiyyətnamə qoymayıbsa, miras “qanun üzrə vərəsəlik” qaydasında bölünür. Bu halda birinci növbəli vərəsələr adətən bunlardır ki, mərhumun uşaqları (övladları), həyat yoldaşı və valideynləri. Bu şəxslər mirası bərabər paylarla alırlar.
Bütün övladlar bərabər pay alır. Qız və oğlan övladları arasında fərq yoxdur. Nikahdaxili və qanuni tanınmış nikahdankənar övladlar eyni hüquqa malikdir. Övladların maddi vəziyyəti adətən paya təsir etmir. 
 Vəsiyyətnamə varsa, o zaman miras fərqli bölünə bilir. Amma qanunda “məcburi pay” anlayışı da var.
Əgər övlad valideyndən əvvəl vəfat edibsə, onun payını öz uşaqları (nəvələr) ala bilər”.

 

Səadət Əlizadə

#necə #yeni #bölünməlidir? #övladlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər