00:00:00
Yazar
Admin User
10.03.2015 13:34 374 2 dəq oxuma
Sosial

Çaylarda mövcud vəziyyət yoxlanılıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Çaylarda mövcud vəziyyət yoxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 500-700 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında isə sululuq ongünlük normanın 140-190, Kiçik Qafqazın çaylarında 70-120, Naxçıvan MR çaylarında 20 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 185 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 74 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 9 sm artım, Araz çayının Novruzlu məntəqəsində 25, Bankədə 8 sm azalma qeydə alınıb, Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2014-cü il martın 10-da 310 sm), Şirvanda 275 sm (2014-cü il martın 10-da 136 sm), Salyanda 237 sm (2014-cü il martın 10-da 70 sm), Bankədə 215 sm (2014-cü il martın 10-da 176 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2014-cü il martın 10-da 83 sm) təşkil edir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər