00:00:00
Yazar
Asiman Vəliyeva
25.02.2026 19:25 23 2 dəq oxuma
Siyasət Özəl

Cenevrədə növbəti təmas: Bakı və İrəvan etimad tədbirlərini müzakirə edib

Cenevrədə növbəti təmas: Bakı və İrəvan etimad tədbirlərini müzakirə edib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri Cenevrə şəhərində görüş keçiriblər. Daha yüksək siyasi səviyyədə aparılan danışıqların davamı kimi baş tutan görüşdə tərəflər çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

 

Mövzu ilə bağlı " İnformator.az"a müsahibəsində siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin Cenevrədə keçirilən görüşü başlanan prosesi praktik müstəvidə qiymətləndirməyə xidmət etməlidir:


“  8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında xüsusi razılaşmanın icrası məsələsinə baxılıb. Regionda sabitliyin və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində müəyyən addımlar atılır.  Qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında görüşlər keçirilir, qarşılıqlı səfərlər təşkil olunur.    Bu etimad quruculuğu baxımından mühüm əhəmiyyət daşıyır.  Müzakirə olunan əsas məsələlər sırasında Ermənistana tranzit keçidlərin açılması, Azərbaycan enerji resurslarının Ermənistana ixracı və digər iqtisadi əməkdaşlıq istiqamətləri yer alır. Bu addımlar prosesi möhkəmləndirən amillər kimi qiymətləndirilir. Xarici işlər nazirlərinin görüşü münasibətlərin inkişaf etdirilməsi baxımından vacib hesab olunur və ümumi prosesin tərkib hissəsi kimi dəyərləndirilir. Cenevrə platforması beynəlxalq münasibətlər sistemində və münaqişə tərəfləri arasında dialoq məkanı kimi tanınır. Burada beynəlxalq təşkilatların yerləşməsi də prosesə əlavə siyasi və hüquqi çəki verir.  Bu format tərəflərin beynəlxalq hüququn üstünlüyünə və suverenlik prinsipinə sadiqliyini nümayiş etdirir.  Azərbaycan və Ermənistan göstərirlər ki, müstəqil dövlətlər olaraq ikitərəfli münasibətləri özləri müəyyən edirlər və danışıqları kənar vasitəçi olmadan birbaşa aparmağa qadirdirlər.  Bu yanaşma imzalanan və paraflanan sənədlərin məsuliyyətini birbaşa tərəflərin üzərinə qoyur.  Regionda mövcud geosiyasi dinamika da prosesə təsir göstərir. Cənubi Qafqaz böyük güclərin maraq dairəsindədir. Türkiyə, İran və Rusiya kimi regional dövlətlərlə yanaşı digər qlobal güclərin də bölgədə maraqları mövcuddur. Bəzi hallarda bu maraqlar sabitliyə töhfə versə də müəyyən gərginlik faktorları da yarada bilər. Bununla belə əsas məsələ Azərbaycan və Ermənistanın öz siyasi iradəsidir. Xarici təsirlərin minimuma endirilməsi və qərarların müstəqil şəkildə qəbul edilməsi prosesin uğuru üçün əsas şərt kimi qiymətləndirilir ”.


Ədilə Hüseynzadə

#müzakirə #etimad #cenevrədə #xəbər #növbəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər