00:00:00
Yazar
Aise Mustafayeva
24.09.2026 20:07 214 1 dəq oxuma
Maraqlı

Ceyn Ostin filmlərində rejissorların etdiyi 4 böyük səhv

 

Ceyn Ostin filmlərində rejissorların etdiyi 4 böyük səhv

Dahi ingilis yazıçısı Ceyn Ostinin romanları kino dünyasında yenidən ekrana uyğunlaşdırılır. Lakin mütəxəssislər rejissorların ekranlaşdırmalarda tez-tez təkrar etdiyi 4 əsas xətanı açıqlayıblar:  

 

 

Nağıl romantikasına qapılmaq: Ostin əslində "psixoloji romanlar" yazırdı və xarakterlərin sosial mübarizələrinə, xəyanət və qumar kimi ağır mövzulara toxunurdu. Rejissorlar isə yalnız sevgiyə fokuslanırlar.  

 

Tarixi üslub və kostyum xətaları: Dövrün qaydalarına görə gənc qadınlar saçlarını yuxarı yığmalı və baş örtüyü taxmalı idilər. Filmlərdə isə saçların açıq qalması, modern makiyajlar və "iPhone üzü" adlandırılan müasir görünüşlər tarixi reallığa uyğun deyil.  

 

 

Yazıçının daxili ironiyasını verə bilməmək: Ostinin əsərləri incə yumor və satira ilə zəngindir. Bu şifahi dərinliyi vizual kadrlarla ekrana köçürmək rejissorlar üçün çətinlik yaradır.  

 

Həddən artıq yaraşıqlı aktyor seçimi: Kitablarda personajların görünüşü yox, hərəkətləri ön plana çəkilir. Ekranlaşdırmalarda baş rollara həddən artıq cazibədar aktyorların seçilməsi filmin sirrini və dramatizmini vaxtından əvvəl itirir.

 

Ayşə Cəfərova

#səhv #baki #filmlərində #azərbaycan #ostin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər