00:00:00
Yazar
Admin User
16.12.2025 17:40 119 1 dəq oxuma
İqtisadiyyat

“Çin bazarı Azərbaycan üçün strateji və perspektivli bir istiqamətdir”

“Çin bazarı Azərbaycan üçün strateji və perspektivli bir istiqamətdir”

Azərbaycanda istehsal edilən məhsulların Çinin rəqəmsal və pərakəndə ticarət şəbəkələrində satış imkanlarını müzakirə edib.

 

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, Çin böyük bir bazardır:

 

"Dünyanın bütün ölkələri Çin bazarına çıxış imkanları əldə etməyə çalışır. O ki qaldı bizim kimi ölkələrə, Çin kimi bir bazara çıxış imkanlarının əldə edilməsi ölkəmizin iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən Azərbaycan məhsullarının Çin bazarına çıxış imkanlarının müəyyən edilməsi və bu istiqamətdə davamlı işlərin aparılması olduqca vacibdir. Bu bazar ətraflı şəkildə təhlil edilməli, Azərbaycan məhsullarının oradakı imkanları bütün detalları ilə araşdırılmalıdır. Azərbaycanda istehsal olunan məhsulların Çinin rəqəmsal ticarət platformalarına çıxışı üçün kifayət qədər imkanlar mövcuddur. Sadəcə, bu imkanların üzə çıxarılması və aktiv istifadəsi tələb olunur. Çin artıq Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ilk üçlükdə yer alır. Son illərə qədər Azərbaycana idxalda Rusiya birinci yeri tuturdusa, artıq bu mövqeyə Çin yüksəlib və idxal üzrə ölkəmizdə birinci yerdə qərarlaşıb. Azərbaycan məhsullarının Çin bazarına çıxışı üçün regionda ölkəmizin nəqliyyat və logistika mərkəzinə çevrilməsi də əlavə imkanlar yaradır. Bu baxımdan, qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi də vacibdir. Çinlə ticarət əməkdaşlığında Nəticə etibarilə, Çin bazarı Azərbaycan üçün strateji və perspektivli bir istiqamətdir".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər