Çin beynəlxalq sərnişinlər üçün Kovid test tələbini ləğv edir
Çin beynəlxalq sərnişinlər üçün COVID test tələbini aradan qaldıracaq.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, aprelin 29-dan etibarən Çin xaricdən gələn sərnişinlər üçün COVID-19 testi ilə bağlı məcburiyyəti ləğv edəcək.
Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ning Pekində keçirilən mətbuat konfransında bildirib ki, bundan sonra sərnişinlərdən əvvəlcədən PCR testi tələb olunmayacaq və aviaşirkətlər test nəticələrini yoxlamayacaqlar.
Nigar
