00:00:00
Yazar
Zəri Bayramlı
02.05.2026 00:13 21 1 dəq oxuma
Dünya

Çin BMT-nin Livandakı missiyasının dayandırılmasına qarşıdır

Çin BMT-nin Livandakı missiyasının dayandırılmasına qarşıdır

Çin hesab edir ki, BMT Təhlükəsizlik Şurasının Livandakı sülhməramlı missiyanın mandatına 2026-cı ildə son qoymaq qərarına yenidən baxılması zəruridir.

 

"İnformator.az" "Reuters"ə istinadən xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun bildirib.

Onun sözlərinə görə, Pekin Livanda baş verən hadisələrdən narahatdır, çünki faktiki olaraq tam atəşkəs yoxdur.

 

"Bu, əsl atəşkəs deyil, sadəcə atəşin intensivliyinin azaldılmasıdır", - Fu Tsun jurnalistlərə deyib.

 

O, İsrailin Livan ərazisinə zərbə endirməsini dayandırmalı olduğunu vurğulayıb. Sülhməramlı missiyanın gələcəyi ilə bağlı suala cavab olaraq, Çinli diplomat qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini bildirib.

 

O, bu məsələni bu yaxınlarda BMT-nin Baş katibi Antonio Quterreşlə müzakirə etdiyini söyləyib. 

Fu Tsun qeyd edib ki, BMT Katibliyi gələcək fəaliyyət üçün mümkün variantları nəzərdən keçirir və iyun ayında İsrail ilə Hizbullah arasında 2006-cı ildə baş verən münaqişədən sonra qəbul edilmiş 1701 saylı Qətnamənin tətbiqi ilə bağlı təkliflər təqdim edə bilər.

"Ən azı Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyəti hesab edir ki, indi missiyanın sayının azaltmağın vaxtı deyil", - deyə o, yekunlaşdırıb.

#missiyasının #dayandırılmasına #yeni #çin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər