00:00:00
Yazar
Admin User
08.12.2025 17:52 93 1 dəq oxuma
İqtisadiyyat

“Çinə də sanksiyalar təsir göstərir”

“Çinə də sanksiyalar təsir göstərir”

Bu ilin yanvar-noyabr aylarında Çin ilə Rusiyanın ticarət dövriyyəsi illik müqayisədə 8,7% azalaraq 203,67 milyard dollar təşkil edib. Bu dövrdə Çindən Rusiyaya ixrac 11,9% azalaraq 91,6 milyard dollar təşkil edib. Rusiyadan Çinə ixrac isə 5,9% azalaraq 112,07 milyard dollar olub.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, enmənin əsas səbəbləri qlobal iqtisadi artımın zəifləməsidir:


“İkinci olaraq, Rusiyanın iqtisadi artımının zəifləməsidir. Rusiya keçən il ilə müqayisədə iqtisadi artımı aşağı düşüb. Üçüncüsü, dünyada enerji qiymətlərinin aşağı düşməsidir. Rusiya Çinə neft-qaz satır. Əsas olaraq qaz satır. Qiymətləri əvvəlki illərə nisbətən yüksək deyil. Sanksiyaların buna təsiri var. Çinə də sanksiyalar təsir göstərir”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər