00:00:00
Yazar
Admin User
31.10.2025 17:52 144 2 dəq oxuma
Maraqlı

Çin “Göy Saray” kosmik stansiyasına ən gənc astronavtını göndərib

Çin “Göy Saray” kosmik stansiyasına ən gənc astronavtını göndərib

 

Çinin Shenzhou-21 kosmik raketi və heyəti, o cümlədən ölkənin ən gənc astronavtı cümə günü Long March-2F raketinin köməyi ilə ölkənin şimal-qərbində yerləşən Jiuquan Peyk Buraxılış Mərkəzindən uğurla fəzaya göndərilib. Bu barədə Çin dövlət mediası məlumat yayıb.

 

Shenzhou-21 missiyası çərçivəsində üç nəfərlik astronavt heyəti altı ay müddətində kosmosda qalacaq. Artıq Çin kosmik proqramında təcrübəli astronavtların yerini gənc nəsil nümayəndələri tutur. İlk dəfə kosmosa gedən Zhang Hongzhang (39 yaş) və Wu Fei (32 yaş) bu proqram üçün 2020-ci ildə seçiliblər. Qeyd edək ki, Wu Fei bu günədək kosmosa göndərilən ən gənc çinli astronavt hesab olunur.

Shenzhou-21 heyəti Shenzhou-20 astronavtlarından missiyanı təhvil alacaq. Onlar isə altı aydan çox “Tiangong” (“Göy Saray”) stansiyasında yaşamış və çalışmışdılar. Shenzhou-20 heyətinin yaxın günlərdə Yerə qayıdacağı gözlənilir.

Yeni missiyada astronavtlara dörd qara siçan da qoşulub. Bu, Çin kosmik stansiyasına göndərilən ilk kiçik məməlilərdir. Siçanlar aşağı Yer orbitində çoxalma üzrə aparılacaq elmi təcrübələrdə istifadə olunacaq.

Son illər Shenzhou proqramı böyük irəliləyişlər əldə edib . 1990-cı illərdə doğulmuş astronavtların kosmosa göndərilməsi, rekord göstəricili açıq kosmos yürüşü, eləcə də ilk xarici astronavtın Pakistandan olan tədqiqatçının gələn il Tiangong stansiyasına göndərilməsi planı bu nailiyyətlər sırasındadır.

Çinin bu sürətli uğurları Vaşinqtonda narahatlıq doğurub. ABŞ, Çindən əvvəl Ayda astronavt yerləşdirmək üçün yeni yarışa start verib. Hazırda hər iki ölkə ay tədqiqatları üzrə beynəlxalq əməkdaşlıq istiqamətində rəqabət aparır: ABŞ Artemis Razılaşmaları təşəbbüsünə rəhbərlik etdiyi halda, Çin və Rusiya Beynəlxalq Ay Tədqiqat Stansiyası layihəsini inkişaf etdirir.


Reuters
Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər