00:00:00
Yazar
Admin User
25.06.2025 10:48 117 2 dəq oxuma
Dünya

Çin, İrandan neft almağa davam edə bilər

Çin, İrandan neft almağa davam edə bilər

 

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədəki hesabında etdiyi açıqlamada İsrail və İran arasında atəşkəsin elan olunmasından sonra Çinin İrandan neft almağa davam edə biləcəyini bildirib. Daha əvvəl ABŞ Dövlət katibi Rubio bölgədə yaranmış gərginlik fonunda İranın Hörmüz boğazını bağlaması halında bu vəziyyətdən ən çox təsirlənəcək ölkənin Çin olacağını deyib.

 

Atəşkəsdən sonra NATO Zirvəsinə gedərkən etdiyi paylaşımlarda Tramp, Çinin İrandan neft almağa davam edə biləcəyini qeyd edib. Açıqlamasında “Çin artıq İrandan neft almağa davam edə bilər. Ümid edirəm ki, ABŞ-dən da bol miqdarda neft alarlar. Bunu bacarmaq mənim üçün böyük bir şərəf idi”, – deyə bildirib.

 

İsrailin 13 iyun tarixində İrana qarşı həyata keçirdiyi hücumların ardından iki ölkə arasında qarşıdurmalar davam edib. İsrail, İranın paytaxtı Tehran başda olmaqla nüvə obyektlərini hədəfə alıb. İsrailin hücumlarında çox sayda mülki vətəndaşın həyatını itirdiyi bildirilib.

 

İsrailin hücumlarına cavab olaraq İran da əks-hücumlara başlayıb. İran İsrailin paytaxtı Təl-Əviv və ölkə üçün strateji əhəmiyyətə malik Hayfa şəhərinə hücumlar təşkil edib və bir neçə dəfə “Dəmir Qübbə” müdafiə sistemini aşmağı bacarıb.

 

Qarşıdurmalar ABŞ-nin İrandakı nüvə obyektlərinə hücumu ilə yeni mərhələyə keçib. ABŞ hərbi təyyarələri İran hava məkanına daxil olaraq ölkəyə məxsus 3 nüvə obyektinə hücum edib. İran isə buna cavab olaraq Qətər və İraqdakı ABŞ bazalarına raket zərbələri endirib.

 

İranın ABŞ bazalarına hücumundan sonra isə İsrail və İran arasında atəşkəslə bağlı razılıq əldə edildiyi açıqlanıb.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər