00:00:00
Yazar
Admin User
14.04.2023 06:18 293 1 dəq oxuma
Dünya

Çin münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır

Çin münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır

Çin Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

 

İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, Çinin xarici işlər naziri Qin Gang Pekində almaniyalı həmkarı Annalena Burbock ilə görüşüb. Görüşdə müxtəlif məsələlərlə yanaşı, Ukraynadakı müharibəyə də toxunulub.

 

Son həftələrdə Avropa ölkələri Çini müharibəni dayandırmaq üçün Rusiya üzərindəki təsirindən istifadə etməyə çağırırdı. Amma məsələ ilə bağlı konkret irəliləyiş əldə olunmayıb.

 

Burbock bu çağırışı yenidən təkrarlayıb və Rusiya üzərində Çin kimi başqa heç bir ölkənin təsiri olmadığını vurğulayıb. 

 

Qin Gang isə bildirib ki, Çin münaqişədə sülh yolunun tərəfdarıdır. Eyni zamanda böhranda iştirak edən bütün tərəfləri obyektiv və sakit olmağa təşviq edir. "Ukrayna məsələsində Çinin rolu danışıqları asanlaşdırmaqdır, biz atəşə yağ tökmək üçün heç bir addım atmayacağıq” deyə nazir əlavə edib. .

 

Fatima Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər